Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-07-2026 , 17:03

132

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Assosiasiya rəsmiləri "Qardaş şəhərlər"in I Beynəlxalq Forumunda iştirak edib


 Özbəkistanın Səmərqənd şəhərində  24–25 iyul tarixlərində ilk "Qardaş şəhərlər"in I Beynəlxalq Forumu keçirilib.

Özbəkistan  mediasının yaydığı məlumata görə, forumun keçirilməsinin əsas məqsədi şəhərlər arasında birbaşa əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Forum həm də qardaş şəhərlər arasında iqtisadi əlaqələrin gücləndirilməsi, investisiya və ticarətin təşviqi, turizm, elm, təhsil və innovasiya sahələrində birgə layihələrin hazırlanması, mədəni-humanitar əlaqələrinin inkişafının təmin edilməsi məqsədilə təşkil edilib.

Bildirilir ki, Forumda 20-dən çox ölkədən təxminən 300-ə yaxın  nümayəndə qatılıb. İştirakçılar arasında şəhər rəhbərləri, bələdiyyə sədrləri, beynəlxalq ekspertlər, alimlər, iş adamları və beynəlxalq təşkilatların nümayəndələri yer alıb.

Qeyd edək ki, digər dövlət qurumları ilə yanaşı  forumda Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının (ABMA) rəsmiləri də iştirak edib. Assosiasiyanın nümayəndə heyətinin tərkibində ABMA-nın Əlaqələndirici koordinatoru Aydın Muradov, AŞBMA-nın icraçı katibi Əli Əkbərli iştirak edib.

Nümayəndə heyətinin keçirdiyi görüşlərdə Azərbaycan bələdiyyələri və şəhərləri ilə Özbəkistan şəhərləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə obyekti olub. Bildirilir ki, forumun təşkilin tarixi əhəmiyyət daşıyan ilk təşəbbüs, şəhər diplomatiyasında yeni mərhələ kimi qeyd edilir.

 Forum çərçivəsində həm  “Dostluq ağacı” adlı aksiyası keçirilib, habelə  “Qardaş şəhərlər” I Beynəlxalq Forumu çərçivəsində “Şəhərlərin imkanları” sərgisi təşkil edilib.

İki gün ərzində keçirilən Forumda Azərbaycan nümayəndə heyəti aktiv şəkildə iştirak edib.

Belediyye.info










Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
526

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
531

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
732

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
564

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
772